Şimal dənizindəki toqquşmada 32 nəfər yaralandı - YENİLƏNDİ

Dünya

10.03.2025 18:41

2728

İngiltərənin şimal-şərqində tanker və yük gəmisinin toqquşması nəticəsində 32 nəfər yaralanıb. 

TodayPress xəbər verir ki, bu barədə hadisənin baş verdiyi limanın rəhbəri Martin Boyers “Sky News” kanalına məlumat verib.

Hadisə yerinə xilasetmə helikopteri, qayıqlar və sahil mühafizəsinin təyyarəsi göndərilib. Həmçinin yaxınlıqda olan yanğınsöndürmə avadanlıqlarına malik gəmilər də köməyə gedir.

Məlumata görə, hadisə bölgəsində bir çox gəmi var.

Boyersin sözlərinə görə, ilk gəmi 13 nəfərlik heyətlə qəza yerinə gəlib. Bu, dəniz külək elektrik stansiyasına məxsus gəmi olub və hadisə baş verən zaman yaxınlıqda yerləşib.

Qiymət Mahir


xxx

16:50

İngiltərənin şimal-şərqində tanker və yük gəmisinin toqquşması nəticəsində xilasetmə əməliyyatı başlayıb.   

TodayPress xəbər verir ki, bu barədə Britaniya Dəniz Təhlükəsizliyi və Sahil Mühafizəsi Agentliyinin bəyanatında deyilir. 

Bildirilib ki, toqquşma ölkənin şimal-şərqindəki Yorkşir əyalətinin Şərqi Ridinq sahillərində baş verib.

Xilasedicilər təyyarələri və yanğınsöndürən gəmiləri cəlb ediblər. 

Hələlik başqa təfərrüatlar yoxdur.

Töhfə Səməd

tag: Britaniya,Tanker,Yük Gəmisi,Toqquşma,Todaypress.az,