Şimali Avropa liderləri Kiyevdədir
Finlandiyanın prezidenti Aleksandr Stubb, Danimarkanın Baş Naziri Mette Frederiksen, İslandiyanın Baş Naziri Kristrun Frostadottir, Norveçin Baş Naziri Yonas Qahr Stör və İsveçin Baş Naziri Ulf Kristersson fevralın 24-də səhər saatlarında Kiyevə səfər edib.
TodayPress xəbər verir ki, bu barədə "Suspilne" məlumat yayıb.
Məlumata görə bu, gün ərzində xarici nümayəndə heyətlərini daşıyan üçüncü qatar olub.
Bundan əvvəl paytaxt Kiyevin vağzalına Avropa İttifaqı rəhbərliyi, həmçinin Baltikyanı ölkələr, İspaniya və Kanada liderləri daxil olan qatarlar gəlib.
Rusiya ilə genişmiqyaslı münaqişənin üçüncü ildönümü çərçivəsində paytaxtda sülh, təhlükəsizlik təminatları və kollektiv təhlükəsizliyin gələcəyi müzakirə ediləcək.
AB rəhbərliyinin olduğu qatarı Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak, Ukrayna Xarici İşlər Naziri Andrey Sbiqa qarşılayıb.
Nicat Osman
tag: Kiyev,Avropa,Lider,Rusiya,todaypress.az,