Şimali Avropada yeni müdafiə fondu yaradılır

Dünya

04.04.2025 12:30

1113

Böyük Britaniya, Polşa və Şimali Avropa ölkələrinin hakimiyyət orqanları müdafiə ehtiyaclarını maliyyələşdirmək üçün birgə fondun yaradılmasını müzakirə edirlər. 

TodayPress xəbər verir ki, bu barədə "Politico" nəşrinə iki avropalı diplomat və bir məmur məlumat verib.

Onların fikrincə, əsas ideya daha aşağı qiymətə silahların birgə alınması, eləcə də müdafiə ehtiyacları üçün sərfəli kreditlərin alınması imkanlarının yaradılmasıdır. Avropa İttifaqı (Aİ) diplomatları təsdiqləyiblər ki, Britaniya tərəfi ötən həftə İsveç, Finlandiya, Danimarka, Niderland və Polşanın maliyyə orqanlarının nümayəndələri ilə bu ideyanı müzakirə edib.

Tərəflərin müzakirələri gələn həftə Varşavada keçiriləcək Aİ maliyyə nazirlərinin görüşü zamanı davam etdirəcəyi gözlənilir.

“Politico” yazır ki, təşəbbüs aşağı dövlət borcunu saxlayaraq hərbi xərclərə böyük vəsait xərcləməyə hazır olan Avropa ölkələri üçün açıq ola bilər.

Bu, Fransa, İtaliya və İspaniya da daxil olmaqla əksər Cənubi Avropa ölkələrinin iştirakını istisna edir.   

Töhfə Səməd

tag: Şimali Avropa,Britaniya,Polşa,Müdafiə Fondu,Todaypress.az,