Şimali Koreya ABŞ-nin hərbi fəaliyyətinə cavab verəcək

Dünya

04.03.2025 12:38

2836

“Pxenyan ABŞ və onun müttəfiqlərinin Koreya yarımadası ətrafındakı təxribat xarakterli fəaliyyətini izləmək niyyətində deyil və cavab addımları atacaq”.

TodayPress xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Conq Koreya Mərkəzi Teleqraf Agentliyinə açıqlama verib.

“Əgər ABŞ hərbi güc nümayişi ilə bağlı rekordlarını yeniləməyə davam etsə, biz də strateji qüvvələrimizi tətbiq etməkdə rekord qırmalı olacağıq” deyə o bildirib.

Bəyanatda ABŞ-nin bölgədə vəziyyəti gərginləşdirən təxribatçı hərəkətlərini dayandırmadığı vurğulanır.

Kim Yo Conq xatırladıb ki, martın 2-də ABŞ Hərbi Dəniz Qüvvələrinin “Carl Vinson” atom aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qruplaşması Cənubi Koreyanın Pusan bazasına daxil olub.

Bundan əlavə, 2024-cü ildə tarixdə ən iri hərbi təlimlər keçirilib və ABŞ strateji bombardmançıları yarımada üzərində mütəmadi uçuşlar icra edir. “Əgər biz strateji aviasiyanın fəaliyyətini nəzərə alsaq, bu, Koreya yarımadasında nüvə strateji vasitələrinin faktiki olaraq daimi yerləşdirilməsi deməkdir. Biz də öz növbəmizdə strateji səviyyədə tədbirlərimizi gücləndirmək üçün seçim variantlarını ciddi şəkildə nəzərdən keçiririk” deyə bəyanatda qeyd olunub.

Qiymət Mahir

tag: Şimali Koreya,ABŞ,Kim Yo Conq,Hərb,Todaypress.az,