Şimali Koreya: ABŞ təhdidləri dayandırmalıdır

Dünya

15.02.2025 11:30

2315

Şimali Koreya ABŞ-nin əgər özünün qitə təhlükəsizliyindən narahatdırsa, hərbi təhdidlərdən əl çəkməli olduğunu düşünür.

TodayPress xəbər verir ki, bu barədə Şimali Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

"ABŞ Cənubi Koreya ilə birlikdə hərbi təlimlər planlaşdırır və Koreya yarımadasına nüvə sualtı qayıq göndərərək qarşıdurma yaradır. Buna görə də özünümüdafiə gücünü artırmaq Şimali Koreyanın suveren hüququdur" deyə məlumatda deyilir.

Nicat Osman

tag: Şimali Koreya,ABŞ,Əsgər,Müdafiə Nazirliyi,Cənubi Koreya,todaypress.az,