Şimali Koreya Cənubi Koreyanın təlimlərindən narahatdır
Cənubi Koreya Sarı dənizə doğru bir neçə ballistik raket atıb.
TodayPress xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
Məlumata görə, martın 10-da ABŞ və Koreya Respublikası “Azadlıq Qalxanı” adlı genişmiqyaslı təlimlərə başlayıb. Şimali Koreyanın Xarici İşlər Nazirliyi bu manevrləri Koreya yarımadasında "atmosferi qızışdıran aqressiv müharibə məşqi" adlandırıb.
Türkan İsgəndərli
tag: Cənubi Koreya,Şimali Koreya,Təlim,Narahatlıq,Todaypress.az,