Şimali Koreya hərbçilərinin Ukraynaya qarşı döyüşdükləri təsdiqləndi

Dünya

26.04.2025 15:45

12

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Koreya Xalq Demokratik Respublikası hərbçilərinin Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirakını təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə Gerasimov Rusiya prezidenti Vladimir Putinə məruzəsi zamanı məlumat verib.

"Kursk vilayətinin sərhədyanı rayonlarının azad edilməsində Koreya Xalq Demokratik Respublikasının hərbçilərinin iştirakını qeyd etmək istəyirəm. Onlar ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinə uyğun olaraq Ukrayna Silahlı Qüvvələrinə qarşı əməliyyatlarda bizə əhəmiyyətli kömək göstəriblər" deyə Gerasimov Rusiya Prezidenti Vladimir Putinə məruzəsi zamanı bildirib.

V.Gerasimov, həmçinin Ukraynanın Sumı vilayətinin sərhədyanı rayonlarında təhlükəsizlik zonasının yaradıldığını bildirib.

tag: Rusiya,Valeri Gerasimov,Şimali Koreya,Ukrayna,Todaypress.az,