Şimali Koreya kriptovalyuta oğurlamaqda ittiham edilir
ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FBI) Şimali Koreyanı Bybit kriptovalyuta birjasından təxminən 1,5 milyard dollar dəyərində virtual aktiv oğurlamaqda ittiham edib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ xüsusi xidmət orqanı rəsmi açıqlama yayıb.
İstintaq çərçivəsində FBI müəyyən edib ki, oğurlanan vəsait minlərlə fərqli kripto ünvanına bölüşdürülüb.
“Gözlənilir ki, bu vəsaitlər yuyularaq sonda rəsmi valyutaya çevriləcək” deyə bildirilib.
Qiymət Mahir
tag: Şimali Koreya,Oğurluq,ABŞ, Kriptovalyuta,Todaypress.az,