Şimali Koreya Sarı dənizə doğru ballistik raketlər buraxdı
Şimali Koreya ordusu martın 10-da Sarı dəniz istiqamətində bir neçə ballistik raket buraxıb.
TodayPress xəbər verir ki, bu barədə “Yonhap” Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, raket buraxılışları yerli vaxtla 13:50-də (Bakı vaxtı ilə 08:50) Hvanhe-Pukto əyalətindən həyata keçirilib. Hazırda buraxılışların detalları açıqlanmayıb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi müşahidəni gücləndirdiyini, tam döyüş hazırlığında olduğunu və ABŞ ordusu ilə sıx əməkdaşlıq etdiyini bildirib.
Qiymət Mahir
tag: Şimali Koreya,Ballistik,Raket,Sarı Dəniz,Todaypress.az,