Şirkətlərin ABŞ ilə bağlı qərarı Makronu alçaldıb
Fransa prezidenti Emmanuel Makron ölkə şirkətlərinin idxal tariflərinə görə ABŞ-yə sərmayə qoymağı dayandırmaq çağırışına qulaq asmaqdan imtina etdikdən sonra alçaldılıb.
TodayPress Bunu Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippot “X” səhifəsində bildirib.
“Figaro” qəzeti yazıb ki, bir sıra fransız şirkətləri Makronun müvafiq çağırışına məhəl qoymamaq niyyətindədir.
Filippo bildirib ki, Makron ABŞ prezidenti Donald Trampa "şifahi cavab" cəhdindən bir neçə saat sonra alçaldılıb.
Qeyd edək ki, aprelin 2-də Tramp ABŞ-nin Avropa İttifaqından gələn mallara 20% , Çindən gələn mallara isə 34% rüsum tətbiq edəcəyini açıqlamışdı.
Ümumilikdə siyahıda 185 ölkə var.
tag: ABŞ,Tramp,Fransa,Makron,Todaypress.az,