Siyarto: "Aİ-nin Ukrayna ilə bağlı siyasəti iflasa uğradı"
"Avropa İttifaqının Ukrayna ilə bağlı siyasi strategiyası iflasa uğradı və Brüssel indi müharibənin davam etdirilməsini müdafiə edir".
TodayPress xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Antalya Diplomatik Forumu çərçivəsində jurnalistlərin sualını cavablandırarkən deyib.
"Biz görürük ki, Aİ-nin son üç ildə yeritdiyi siyasət və ya siyasi strategiya tamamilə iflasa uğrayıb. Bu, Avropaya, onun iqtisadiyyatına və xalqına böyük ziyan vurub. Və mən görürəm ki, Avropa liderləri öz işə yaramaz strategiyalarının nəticələrini ödəmək üçün lazım olan vaxtı uzatmaq və ya artırmaq istəyirlər. Ona görə də, təəssüf ki, indi onlar sülhün olmasından çox, müharibənin davam etdirilməsində maraqlıdırlar" deyə o bildirib.
"Biz macarlar sülhdə maraqlıyıq. Mən görürəm ki, Avropadan kənarda hamı bunda maraqlıdır. Amerikalılar maraqlıdır və yalnız Qərbi avropalılar və braziliyalılar müharibənin davam etdirilməsinin tərəfdarıdırlar. Biz hesab edirik ki, kommunikasiya kanallarını saxlamaq və ya açmaq çox vacib olardı. Biz son üç ildə Rusiya ilə mühüm məsələlərlə bağlı danışıqlar aparırıq və mən hesab edirəm ki, indi də sülhün bərqərar olması üçün ünsiyyət kanalını açıq saxlamaq çox vacibdir” Siyarto əlavə edib.
Töhfə Səməd
tag: Macarıstan,Peter Siyarto ,Budapeşt, Qərb ,Ukrayna , todaypress.az,