Siyarto: "Aİ Ukraynanı maliyyələşdirə bilməyəcək"

Dünya

10.03.2025 19:15

1147

"Avropa İttifaqı 1 milyonluq Ukrayna ordusuna dəstək verə bilməyəcək".   

TodayPress xəbər verir ki, bunu Budapeştdə Azərbaycan, Bolqarıstan, Gürcüstan və Rumıniyanın energetika nazirləri ilə görüşdən sonra Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. 

"Biz hələ də hesab edirik ki, Avropa İttifaqı Ukrayna dövlətinin fəaliyyəti üçün milyonlarla dollar ayırmaq iqtidarında deyil. Xüsusilə də öz rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə azaldığı bir vaxtda. Aİ-nin bu qədər böyük maliyyə yükünü necə daşıya biləcəyi ağlasığmazdır" o qeyd edib. 

Macarıstanın Baş naziri Viktor Orban bundan əvvəl bildirib ki, Macarıstan Aİ-nin Ukrayna Silahlı Qüvvələrinin sayını 1 milyon nəfərə çatdırmaq üçün maliyyələşdirməsinə qarşıdır.   

Türkan İsgəndərli

tag: Macarıstan,Ukrayna,Peter Siyarto ,Budapeşt, Qərb ,Ukrayna , todaypress.az,