Siyarto: AK Avropa iqtisadiyyatını "öldürür"
"Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyası (AK) danışıqlardan qorxduğu və ABŞ ilə fikir ayrılıqlarını həll edə bilmədiyi üçün Avropa iqtisadiyyatını məhv edir".
TodayPress xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
"Brüssel bürokratiyası Avropa iqtisadiyyatını öldürür: Rusiyaya qarşı sanksiyalar, Çinin elektromobil sənayesinə tətbiq edilən tariflər və ABŞ ilə danışıqlar apara bilməmək. Bütün dünya, o cümlədən Brüssel və AK bilirdi ki, Donald Tramp Avropa İttifaqı ilə balanslaşdırılmış ticarət əlaqələri istəyir. Brüssel də çox yaxşı anlayırdı ki, heç nə etməsələr, Vaşinqton tarifləri tətbiq edəcək. Onlar bilirdilər, amma heç nə etmədilər. Çünki onlar bacarıqsız və son dərəcə qorxaqdırlar. Onlar qorxaqdırlar, çünki səkkiz ildir Donald Trampı tənqid edirlər və indi onunla görüşməyə cəsarət etmirlər" deyə o, bildirib.
XİN rəhbərinin fikrincə, fon der Lyayenin Brüsseldəki rəhbərliyi Çindən sonra Avropanı ABŞ iqtisadiyyatından təcrid edir.
"Macarıstan Aİ-yə Amerika avtomobillərinin Avropada satışına görə rüsumları 10%-dən 2,5%-ə endirməyi təklif edib. Lakin bu həyata keçirilməyib. Əslində problem olduqca sadə şəkildə həll oluna bilər" Siyarto hesab edir.
Töhfə Səməd
tag: Ursula fon der Lyayen,Avropa Komissiyası,ABŞ,Macarıstan,todaypress.az,