Siyarto: Militarizasiyanı müdafiə edən Aİ liderləri danışıqlara xələl gətirməməlidir

Dünya

18.03.2025 14:15

1221

Miltarizasiyanı müdafiə edən Avropa liderləri davam edən sülh danışıqlarına xələl gətirməməlidirlər.   

TodayPress xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Raisa Dialogue” politologiya konfransı çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib. 

"Avropanın müdafiə imkanlarını modernləşdirməli olub-olmadığını soruşsanız, cavabım açıq-aydın "bəli" olacaq. Amma məndən Brüssel və bəzi Avropa liderlərinin sülh danışıqlarını pozmalı olub-olmaması barədə sual versəniz, cavabım "yox" olacaq" deyə o, bildirib. 

Nazir izah edib ki, bir çox Avropa liberal liderləri danışıqlar masasına oturmadıqları üçün indi qəzəblidirlər.   

"Sülh danışıqlarına siyasətçilər dəvət olunur, danışıqlar sülhdən gedir və müharibəni müdafiə edən hər kəsin bu masa ilə heç bir əlaqəsi yoxdur. Ona görə də ümid edirəm ki, Avropa liderləri sülh prosesini pozmayacaqlar" deyə nazir əlavə edib. 

Töhfə Səməd

tag: Peter Siyarto ,Budapeşt, Qərb ,Ukrayna ,Macarıstan, todaypress.az,