Siyarto Moskvaya səfər edəcək
Macarıstanın xarici işlər naziri Peter Siyarto martın 25-də Moskvaya səfər edəcək və rusiyalı həmkarları ilə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ətrafında vəziyyəti müzakirə edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Departament rəhbəri onu da aydınlaşdırıb ki, Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulmasına qarşı çıxmaqda davam edir və bu perspektivi bütün cəmiyyət üçün sabitliyə təhlükə kimi görür.
Bundan əvvəl Siyarto bəyan etmişdi ki, Macarıstan Zakarpatiyadakı macar milli azlığının problemləri həll olunana qədər Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxmağa davam edəcək.
tag: Peter Siyarto,Macarıstan,XİN,Moskva,Todaypress.az,