Siyarto: "Paris sammitində Ukrayna münaqişəsinin həlli gözlənilmir"

Dünya

17.02.2025 12:40

1596

"Avropa İttifaqının fevralın 17-də Parisdə keçirilməsi planlaşdırılan fövqəladə sammitinin iştirakçıları 3 ildir ki, Ukraynadakı müharibənin oduna yanacaq tökənlərdir və onlar münaqişənin sülh yolu ilə həllinin qarşısını almaq üçün əllərindən gələni edəcəklər".  

TodayPress xəbər verir ki, bunu Qazaxıstana səfəri zamanı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

"Bu gün Parisdə son 3 ildə davamlı olaraq Ukraynadakı müharibənin alovuna benzin tökənlər görüşür. Onlar müharibənin tərəfində olan, Avropada yanlış sanksiyalar strategiyasını dəstəkləyən ölkələrdir” deyə o, jurnalistlərə bildirib. 

XİN başçısının sözlərinə görə, Paris sammitində Ukrayna münaqişəsinin həlli gözlənilmir.

Töhfə Səməd 

tag: Avropa İttifaqı,Paris,Ukrayna,Sülh,Macarıstan,Peter Siyarto,todaypress.az,