Siyarto Tsaxnanı ittiham etdi
"Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Ukraynada hərbi münaqişənin davam etməsini bütün vasitələrlə təmin etməyə çalışan Avropanın ən fanatik siyasətçilərindən biridir".
TodayPress xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto estoniyalı həmkarının Macarıstana və Baş nazir Viktor Orbana qarşı hücumlarına cavab olaraq bildirib.
"O, Ukraynada müharibəni davam etdirməkdə israr edən, lakin eyni zamanda münaqişənin eskalasiya riskləri haqqında başqalarına mühazirələr oxuyan Avropada müharibənin ən fanatik tərəfdarlarından biridir" Siyarto deyib.
Töhfə Səməd
tag: Estoniya,Marqus Tsaxna,Ukrayna,Peter Siyarto,Viktor Orban,todaypress.az,