Siyasətçilər Fransa xalqını etiraza çağırdı
Fransanın sağçı Milli Mitinq partiyasının lideri Jordan Bardella xalqı etiraz aksiyaları keçirməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə "Tagesspiegel" məlumat yayıb.
O, Fransanın ifrat sağçı siyasətçisi Marin Le Penin həbsinə etiraz edib, xalqa səslənərək, demokratiya uğrunda mübarizəyə çağırıb.
Qeyd edək ki, martın 31-də Paris məhkəməsi Milli Birlik Partiyasının lideri Le Pen və Milli Rallinin səkkiz deputatını parlament köməkçiləri işində təqsirli bilib.
Siyasətçi 4 il müddətinə azadlıqdan məhrum edilib.
Türkan İsgəndərli
tag: Fransa,Siyasətçi,Aksiya,Çağırış,Todaypress.az,