Slovakiya Macarıstan vasitəsilə 1,5 milyard kubmetrdən çox qaz idxal edəcək

Dünya

06.03.2025 22:30

1516

Slovakiya Macarıstan vasitəsilə 1,5 milyard kubmetrdən çox qaz ala biləcək.

TodayPress xəbər verir ki, bu barədə “TASS” ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Biz Slovakiya ilə Macarıstan arasında hər zamankındən daha sıx enerji əməkdaşlığı həyata keçiririk. Slovakiya Macarıstan vasitəsilə 1,5 milyard kubmetrdən çox təbii qaz alacaq. Biz həmçinin Rusiya neftindən hazırlanan neft məhsullarının Macarıstanda da istifadə oluna biləcəyinə nail olduq və nüvə enerjisi ilə bağlı ayrı-seçkiliyə qarşı birlikdə tədbirlər görürük" XİN rəsmini vurğulayıb.

Ukrayna yanvarın 1-də Rusiyadan yanacaq tranzitini dayandırdıqdan sonra Slovakiya qaz təchizatında problemlər yaşamağa başlayıb.

Aynur TAC

tag: Slovakiya, Qaz, Rusiya, İdxal, İxrac, Macarıstan, todaypress.az,