Slovakiya Ukrayna ordusuna qoşulmağa qadağa qoydu

Dünya

27.04.2025 22:45

14

Slovakiya prezidenti Peter Pelleqrini ölkə vətəndaşlarının Ukrayna Silahlı Qüvvələrinə xidmət etmək üçün getməsinə icazə verməyib. 

TodayPress xəbər verir ki, bu barədə “TASR” prezident administrasiyasına istinadla məlumat yayıb.

Məlumata görə, dörd nəfər prezidentə müraciət edərək Ukrayna ordusunda xidmət etmək üçün rəsmi icazə istəyib, lakin dövlət başçısı onların heç birinə razılıq verməyib.

Qeyd edək ki, Slovakiya qanunvericiliyinə əsasən, vətəndaşların xarici ölkələrin silahlı qüvvələrində xidmət etməsi yalnız prezidentin şəxsi icazəsi ilə mümkündür.

Qiymət Mahir

tag: Slovakiya,Ukrayna,Ordu,Vətəndaş,todaypress.az,