Slovakiya Ukraynanın hərbi neytrallığını dəstəkləyəcək

Dünya

19.01.2025 16:45

1358

"Rusiya və ABŞ prezidentləri Ukraynanın hərbi neytrallığı ilə bağlı razılığa gələ bilərlər".   

TodayPress xəbər verir ki, bu barədə Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaspar "TASS"a müsahibəsində danışıb. 

Onun sözlərinə görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı narahatlığını başa düşür.

Siyasətçi qeyd edib ki, Slovakiya da bu narahatlıqdan xəbərdardır və Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxacaq. 

"Biz həm Rusiya, həm də Avropa İttifaqı (Aİ) üçün təminat nəzərdə tutan qərarların tərəfdarıyıq" deyə Tibor Qaspar qeyd edib.

Respublika parlamentinin vitse-spikeri təklif edib ki, Putin və Tramp Ukraynanın hərbi neytrallığı ilə bağlı razılığa gələcəklər - bu halda Slovakiya bu qərarı dəstəkləyəcək. 

Günəş Mərd 

tag: Ukrayna,ABŞ,Rusiya,Slovakiya,Todaypress.az,