Slovakiyada fermada dabaq xəstəliyi yayıldı
Slovakiyanın Macarıstanla sərhədi yaxınlığındakı
fermada dabaq xəstəliyi qeydə alınıb.
TodayPress xəbər verir ki, bu
son vaxtlar xəstəliyin aşkarlandığı altıncı ferma hesab olunur.
Martın 21-də Slovakiyada dabaq xəstəliyinə ilk yoluxma
halı açıqlanıb.
Respublikada son 50 ildə xəstəlik qeydə alınmayıb.
Slovakiyanın cənubunda, Macarıstanla sərhədə yaxın, əvvəllər xəstəliyin baş
verdiyi dörd mal-qara fermasında dabaq xəstəliyi ilk dəfə təsdiqlənib.
Dabaq xəstəliyinin aşkar edildiyi beşinci ferma
Slovakiyanın qərbində, Çexiya ilə sərhəddən 60 kilometr aralıda yerləşən
Plavecký Štvrotok kəndində yerləşir.
Slovakiyanın hər yerində dabaq xəstəliyi ilə əlaqədar
fövqəladə vəziyyət elan edilib.
Aynur TAC
tag: Slovakiya, Daban, Xəstəlik, Ferma, Heyvan, Dabaq, todaypress.az,