Slovakiyada hərbi institutda partlayış baş verdi
Slovakiyanın qərbində yerləşən “Zaqorye” Hərbi-Texniki Sınaq İnstitutunun ərazisində partlayış baş verib.
TodayPress “TASR”-a istinadən xəbər verir ki, bu barədə ölkənin xilasedici xidmətinin nümayəndəsi Danka Çapakova məlumat yayıb.
“Təcili yardım maşınlarını və hava tibbi-xilasetmə xidmətinin helikopterini “Zaqorye” Hərbi-Texniki Sınaq İnstitutuna yönləndirdik. Gələn məlumatlara görə, orada partlayış baş verib” deyə Çapakova bildirib.
Slovakiya polisi insidentin baş verdiyini təsdiqləyib. İlkin məlumata görə, hadisə nəticəsində azı iki nəfər yaralanıb.
Qiymət Mahir
tag: Slovakiya,“Zaqorye”,Partlayış ,Hadisə,Dünya,todaypress.az,