Slovakiyadakı fəallar Fitsonun Moskva səfərinin araşdırılmasını tələb edir

Dünya

14.02.2025 19:00

2891

Slovakiyada yerləşən Ukrayna tərəfdarı təşkilatın fəalları ölkənin baş naziri Robert Fitsonun 2024-cü ilin dekabrında Moskvaya səfərinin araşdırılması üçün yenidən Baş Prokurorluğa müraciət ediblər.

TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Daha əvvəl də fəallar Fitsonun Rusiya ilə bağlı addımlarının yoxlanılmasını tələb edən şikayət ərizəsi təqdim etmişdilər. Onlar siyasətçinin 22 dekabr 2024-cü ildə Moskvaya səfər edərək Rusiya prezidenti Vladimir Putinlə görüşməsindən narazı qalmışdılar. Fəallar baş naziri sabotajda ittiham etsələr də, prokurorluq bu müraciəti rədd etmişdi. Qurumun rəyinə görə, məsələ cinayət hüququ çərçivəsinə aid deyil və Fitsonun Rusiya səfəri ilə bağlı siyasi şərh xarakteri daşıyır.

“Bu qərar bizim üçün kifayət deyil, ona görə də əlavə şikayət təqdim edirik. Biz israr edirik ki, baş nazir Robert Fitsonun Moskvaya səfəri ilə bağlı atdığı addımlar lazımi qaydada araşdırılmalıdır”  deyə fəallar sosial şəbəkələrdə bildiriblər.

Qiymət Mahir

tag: Slovakiya,Ukrayna,Robert Fitso,Moskva,todaypress.az,