Şolts ABŞ-nin Ukrayna siyasətini tənqid etdi
Almaniya federal kansleri Olaf Şolts hesab edir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukraynadakı hərəkətləri Almaniya və Avropanın təhlükəsizliyini təhdid edir.
TodayPress xəbər verir ki, Kansler bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
Onun fikrincə, ABŞ hökumətinin hərəkət və bəyanatlarının Ukrayna, Avropa və dünya üçün nə demək olduğunu dərk etmək lazımdır.
Şolts hesab edir ki, Rusiya qarşısında hərəkətsizlik təkcə Almaniyanın deyil, bütün qitənin təhlükəsizliyini təhdid edə bilər.
Kansler əlavə edib ki, o, buna imkan verməyəcək.
Nicat Osman
tag: Almaniya,Kansler,Olaf Şolts,ABŞ,Donald Tramp,Todaypress.az,