Şolts “Alman Tramp”la Vaşinqton qalmaqalını müzakirə etdi
Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri zamanı baş verən qalmaqalı müzakirə etmək üçün bu vəzifəyə namizədi Fridrix Mertsə zəng edib.
TodayPress xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti yazıb.
Qeyd olunub ki, Şolts fevralın 28-i axşam Ağ Evdə baş verən hadisədən sonra Mertsə zəng edərək mümkün nəticələri müzakirə edib. Müzakirənin təfərrütları açıqlanmayıb.
Xatırladaq ki, ABŞ və Ukrayna prezidentlərinin Vaşinqton görüşü ictimai qınaq yaradıb. Dövlət başçılarının nadir torpaq metalları üzrə razılaşma əldə edəcəyi gözlənilirdi.
Bununla belə, brifinq zamanı Amerika lideri Donald Tramp ukraynalı həmkarını Birləşmiş Ştatlara hörmətsizlik etdiyinə görə qınayıb və bildirib ki, Ukrayna “böyük bəla içindədir”.
tag: Olaf Şolts,Almaniya,Kansler,Merts,Todaypress.az,