Şolts Makronla Ukrayna münaqişəsini müzakirə edəcək

Dünya

14.03.2025 15:52

2422

Almaniya kansleri Olaf Şolts martın 18-də Berlində Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.   

TodayPress xəbər verir ki, bu barədə jurnalistlərə brifinqdə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Hebestrayt məlumat verib. 

“Kansler martın 18-də, saat 18:00-da (Bakı vaxtı ilə 21:00) Fransa prezidenti Emmanuel Makronu qəbul edəcək” deyə o, liderlərin digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişəni, eləcə də Avropa İttifaqı sammitinə hazırlıq məsələlərini müzakirə etməyi planlaşdırdıqlarını bildirib. 

Qeyd edək ki, Şolts və Makron görüşdən əvvəl mətbuata açıqlama verəcəklər.  

Töhfə Səməd

tag: Şolts,Almaniya,Makron,Fransa,Ukrayna,Todaypress.az,