Şolts Parisdə Ukrayna sammitində iştirak edəcək
Almaniyanın hazırkı kansleri Olaf Şolts Ukraynaya yardım etmək istəyənlər koalisiyasının sammitində iştirak etmək üçün martın 27-də Parisə səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Fransa prezidenti Emmanuel Makron sammitdəki məqsədinin Kiyevə qısamüddətli dəstəklə bağlı öhdəliklərin və daha konkret hədəflərin təsdiqlənməsini təmin etmək olduğunu bildirib.
Bundan əvvəl Olaf Şolts bəyan etmişdi ki, münaqişə bitdikdən sonra Ukraynanın özünün güclü və döyüşə hazır ordusu olmalıdır.
Kansler qeyd edib ki, Avropa Kiyevi dəstəkləməyə davam etməli və respublika üçün yalnız ədalətli sülhün mümkün olması mövqeyindən çıxış etməlidir.
Kansler Almaniyanın 2025-ci ildə Kiyevə 7 milyard avro maliyyə yardımı ayıracağını da açıqlayıb.
tag: Almaniya,Fransa,Olaf Şolts,Emmanuel Makron,todaypress.az,