Şolts Ukrayna üçün çağırış etdi

Dünya

10.02.2025 16:12

2369

Almaniya Kansleri Olaf Şolts Qərb ölkələrinin Ukraynaya güclü ordu qurmağa kömək etməli olduğunu deyib.   

TodayPress xəbər verir ki, bu barədə “ZDF” məlumat yayıb.

O hesab edir ki, Ukrayna iqtisadiyyatı təkbaşına belə bir ordunu maliyyələşdirə bilməz.  “Ukraynaya özünümüdafiə üçün güclü ordu lazımdır, lakin onun iqtisadiyyatı bu cür xərcləri ödəyə bilməz. Bizim vəzifəmiz etibarlı təhlükəsizlik təminatlarını razılaşdırmaqla bu dəstəyi təmin etməkdir” deyə kansler vurğulayıb. 

Eyni zamanda, o, bildirib ki, Almaniya Ukraynaya Rusiya ərazisinə dərindən zərbə endirmək qabiliyyətinə malik raketlər verməməlidir.   

Nicat Osman

tag: Şolts, Ukrayna, Avropa ,Yardım,Todaypress.az,