Şolts Ukraynada atəşkəsi dəstəkləyir
Almaniya kansleri Olaf Şolts Ukraynada 30 günlük atəşkəs ideyasını alqışladığını bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"30 günlük atəşkəs ideyası Ukrayna üçün ədalətli sülhə doğru mühüm və düzgün addımdır" deyə kansler bildirib.
O, hesab edir ki, indi hər şey Rusiyadan asılıdır.
Xatırladaq ki, martın 11-də Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub.
Danışıqlar zamanı Ukrayna tərəfi Rusiya ilə atəşkəsə razılaşıb.
Töhfə Səməd
tag: Olaf Şolts,Almaniya,Kansler,Ukrayna,Rusiya,ABŞ,Münaqişə,Atəşkəs,Todaypress.az,