Şolts: “Ukraynanın NATO-ya üzvlüyü gündəmdə deyil”
Almaniya kansleri Olaf Şolts bildirib ki, hazırda Ukraynanın NATO-ya üzvlüyü məsələsi müzakirə olunmur.
TodayPress xəbər verir ki, bu barədə Şolts Xristian Demokrat və Xristian Sosial İttifaqlarının kanslerliyə namizədi Fridrix Merslə seçki debatında çıxışı zamanı qeyd edib.
“ABŞ hökuməti məsələni təxirə salır. NATO-nun qərarları elədir ki, bu, nə bloklanıb, nə də hazırda gündəmdədir. Buna görə də mövcud vəziyyətdə Ukraynanın NATO-ya üzvlüyü məsələsi müzakirə mövzusu deyil. Açıq şəkildə bildirirəm” o, deyib.
Eyni zamanda, Şolts vurğulayıb ki, bəzi insanların Ukraynanın ərazilərindən imtina etməsi ilə bağlı müzakirələr aparmasını doğru hesab etmir. Çünki bu, Ukraynanın öz qərarıdır.
Kansler həmçinin Ukraynanın güclü orduya malik olması üçün ona dəstək göstərilməsinin vacibliyini vurğulayıb.
“Onun iqtisadiyyatı özünü müdafiə etmək üçün lazım olan miqyasda ordunu maliyyələşdirməyə imkan vermir. Bu, ilk və ən vacib məsələdir, biz bu barədə və təhlükəsizlik zəmanətləri ilə bağlı razılığa gəlməliyik” deyə Olaf Şolts fikirlərini yekunlaşdırıb.
Qiymət Mahir
tag: Almaniya,Kansler,Olaf Şolts,Ukrayna,NATO,todaypress.az,