Şoltsdan Kanadaya dəstək: “Yanınızdayıq”

Dünya

31.03.2025 12:01

793

Almaniyanın vəzifədən gedən kansleri Olaf Şolts ABŞ prezidenti Donald Trampın Kanadaya yönəlik tarif və bəyanatlarına qarşı çıxaraq Ottavaya açıq dəstəyini ifadə edib. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Kanada heç kimin federal dövləti deyil. Kanada qürurlu və müstəqil bir ölkədir. Onun dünyada, xüsusilə də Almaniyada və Avropada çoxlu dostları var. Biz sizin yanınızdayıq” deyə Şolts rəsmi tədbirdə bildirib.

ABŞ-nin daha geniş tarif siyasətini tənqid edən Olaf Şolts Tramp administrasiyasının Avropaya qarşı planlaşdırdığı rüsumlara da sərt reaksiya verib.

Onun sözlərinə görə, belə addımlar qarşılıqlı zərbə ilə nəticələnəcək və hər iki tərəfin ziyanına olacaq.

“Ona görə də ABŞ-yə demək istəyirəm ki, Avropa üçün əsas məqsəd əməkdaşlıqdır. Amma əgər ABŞ polad və alüminium məsələsində olduğu kimi bizə seçim qoymasa, Avropa İttifaqı olaraq vahid mövqe ilə cavab verəcəyik” deyə Şolts bildirib. 

Qiymət Mahir

tag: Olaf Şolts,Almaniya,Kansler,Kanada,Todaypress.az,