Şoltsdan sərt açıqlama
Almaniya kansleri Olaf Şolts Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında eksklüziv razılaşmaların imzalanmasına qarşı olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə Şolts özünün sosial şəbəkə hesabında məlumat verib.
Şolts bildirib ki, "Biz, avropalılar, buna imkan verməyəcəyik. Biz heç kimə Ukraynanın demilitarizasiyası barədə razılaşmağa imkan verməyəcəyik".
Həmçinin Şolts vurğulayıb ki, Ukraynaya güclü bir ordu lazımdır. Şolts bu ordunun Avropanın iştirakı ilə mümkün olacağını deyib.
O, ABŞ-nin Ukraynanın münaqişə ilə bağlı danışıqlar masasında Avropanın fiziki olaraq iştirak etməyəcəyi barədə bəyanatına reaksiya olaraq, avropalıların bu məsələdə söz hüququna malik olduqlarını vurğulayıb.
Kansler Avropanın iştirakı olmadan heç bir təhlükəsizlik zəmanətinin mümkün olmayacağını əlavə edib
Nicat Osman
tag: Almaniya,Kansler,Olaf Şolts,ABŞ,Rusiya,Açıqlama,