Somalidə hökumətdə dəyişikliklər edildi

Dünya

28.04.2025 04:00

12

Somalinin Baş naziri Hamza Abdi Barre kabinetdə dəyişiklik aparıb. 

TodayPress xəbər verir ki, müdafiə naziri, xarici işlər naziri və ikinci baş nazir müavini dəyişdirilib.

Xarici işlər naziri Əhməd Moallim Fiqi müdafiə naziri təyin olunub. İkinci baş nazir müavini Abdisalan Abdi Ali Dhaay isə yeni xarici işlər naziri postuna gətirilib. Müdafiə naziri vəzifəsində üç həftə çalışan Cibril Abdirəşid Haci Abdi isə ikinci baş nazir müavini təyin olunub.

Qeyd edək ki, Fiqi daha əvvəl daxili işlər naziri və xarici işlər naziri vəzifələrində çalışıb.

Qiymət Mahir

tag: Somali,Baş nazir,Dünya,Hökumət,todaypress.az,