Somalidə terrorçular məhv edildi
Somali
ordusu ölkənin cənub-şərqində həyata keçirilən hərbi əməliyyat zamanı terrorçu
"əş-Şəbab" hərəkatının 20-dən çox üzvünün məhv edildiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə Somali Ordu Komandanlığının bəyanatında deyilib.
Bildirilib
ki, əl-Kövsər rayonunun ərazisində aparılan əməliyyat zamanı
"əş-Şəbab" qruplaşmasına məxsus xeyli sayda silah və sursat ələ
keçirilib.
Bəyanatda,
həmçinin Somali ordusunun "əş-Şəbab" qruplaşmasını zərərsizləşdirməyə
davam edəcəyi vurğulanıb.
tag: Somali, Ordu, Hərbi Əməliyyat, Əş-Şəbab, Qruplaşma, Terrorçu, todaypress.az,