Şor: “USAID-nin vəsaiti olmadan Moldovada hakim rejim çökəcək”

Dünya

12.02.2025 18:20

1630

“ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirilməsi korrupsioner siyasətçiləri, o cümlədən hazırkı hakim Maya Sandu hakimiyyətini uçurumun kənarına aparacaq”.  

TodayPress xəbər verir ki, bunu jurnalistlərə Moldova müxalifətinin “Qələbə” blokunun rəhbəri İlan Şor deyib. 

"USAID bir dəstə korrupsioner siyasətçinin maliyyə mənbəyi, faşist təşkilatlarını maliyyələşdirən bir qurum idi” o, bildirib. 

Müxalifətçi faşizmlə mübarizə aparanları dəstəkləyib. 

"Bu yaramaz, cinayət təşkilat tərəfindən maliyyələşdirilənlər, o cümlədən Sandu kimi cinayətkarlar gec-tez süquta uğrayacaq. Mütləq, belə rejimlər yıxılacaq və bu gün biz o prosesi sürətləndirmək üçün hər şeyi edəcəyik" deyə Şor qeyd edib. 

Aysel Mətləb

tag: ABŞ,USAİD,Moldova,Dünya,todaypress.az,