Şoyqu İndoneziyaya səfər etdi
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İndoneziyanın müdafiə naziri Şafri Şəmsuddinlə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Onun Malayziya və İndoneziyaya işgüzar səfərə yollandığı bildirilib.
Səfərin fevralın 28-dək davam edəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda Rusiya və İndoneziya arasında milli valyutalarla hesablaşmaları müzakirə edilir.
Nicat Osman
tag: Rusiya,İndoneziya,Sergey Şoyqu,İşgüzar səfər,Todaypress.az,