Şoyqu Malayziya və İndoneziyada səfərdədir
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Malayziya və İndoneziyaya işgüzar səfərə gedib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Bildirilib ki, siyasətçi orada ikitərəfli münasibətlərin aktual məsələləri, xüsusən də təhlükəsizlik və müdafiə mövzuları üzrə danışıqlar aparmağı planlaşdırır.
Təhlükəsizlik Şurasının məlumatına görə, səfər fevralın 28-dək davam edəcək.
Nicat Osman
tag: Rusiya,Təhlükəsizlik Şurası,Sergey Şoyqu,Malayziya,İndoneziya,todaypress.az,