Soyuq hava səbəbindən Qəzzada yeni doğulan körpələr öldü
Bir sıra Yaxın Şərq
ölkələrini bürümüş anomal soyuq hava nəticəsində Qəzza zolağında 6 yeni
doğulmuş körpə ölüb.
TodayPress xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanə KİV-i məlumat
yayıb.
"Qütb hava
kütlələri ilə müşayiət olunan anomal soyuqların vurduğu Qəzza zolağında
şiddətli soyuqluq nəticəsində altı yeni doğulmuş körpə ölüb. Tibbi mənbələrə
görə, Qəzza şəhərinin qərbindəki Rimal bölgəsindəki Xəstə Dostları xeyriyyə
xəstəxanasında beş uşaq, Xan Yunis şəhərində isə altıncı uşaq dünyasını
dəyişib" deyə məlumatda qeyd olunur.
tag: Qəzza, İsrail, Körpə,Ölüm, Soyuq, todaypress.az,