“SpaceX” 74 peyki orbitə çıxardı

Dünya

15.03.2025 17:45

2146

“SpaceX” şirkətinə məxsus “Falcon 9” raketi martın 15-də 74 kiçik peyki orbitə çıxarıb. 

TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Bildirilib ki, “Transporter-13” missiyası çərçivəsində Günəş-sinxron orbitə kommersiya aparatları, o cümlədən mikropeyklər, kubsatlar və “Varda Space Industries” şirkətinin qaytarıla bilən “W-3” kapsulu göndərilib.

Şirkət bu kapsulun oxşar iki prototipini daha əvvəl orbitə buraxaraq Yerə qaytarmışdı. Bundan əlavə, 11 fərqli yüklə təchiz olunmuş orbit platforması da buraxılıb və bu yüklər sonrakı mərhələdə aktivləşdiriləcək. 

“Falcon 9” raketi Kaliforniyada yerləşən Vandenberq bazasından martın 14-də saat 23:43-də (sakit okean sahili vaxtı ilə) buraxılıb.

Təxminən 2,5 saat sonra bütün aparatların orbitə yerləşdirildiyi bildirilib. 

Qeyd edək ki, raketin birinci mərhələsi artıq 13-cü dəfə istifadəyə verilirdi və bu dəfə o, idarə olunan şəkildə Floridada yerləşən “LZ-1” eniş meydançasına uğurla eniş edib. 

Qiymət Mahir

tag: SpaceX, ABŞ ,Mask, Uçuş, todaypress.az,