"SpaceX"a qarşı diskriminasiya iddiası ləğv ediləcək

Dünya

21.02.2025 14:18

2112

ABŞ Ədliyyə Nazirliyi işçilərə və ərizəçilərə milli mənsubiyyətinə görə ayrı-seçkilik etməsi ilə əlaqədar İlon Maskın “SpaceX” şirkətinə qarşı iddiasından imtina etmək üçün hərəkətə keçib. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Müvafiq vəsatət işə baxan Texas ştatının cənub dairəsi üzrə federal dairə məhkəməsinə verilib. Söhbət iddianın rədd edilməsindən gedir ki, bu da şirkətə qarşı oxşar ittihamla yeni iddianın irəli sürülməsini istisna edəcək.

Ədliyyə Nazirliyinin işə xitam vermək niyyətində olmasının səbəbləri vəsatətdə açıqlanmır.

Xatırladaq ki, 2023-cü ilin avqustunda Ədliyyə Departamenti “SpaceX”ı qaçqınlara qarşı ayrı-seçkiliyə görə məhkəməyə verib. 

Töhfə Səməd

tag: ABŞ ,Ədliyyə Nazirliyi,İlon Mask,SpaceX,todaypress.az,