"SpaceX"ə rəqib çıxdı
"MaiaSpace" startapı "SpaceX" "Falcon 9" daşıyıcısı ilə rəqabət aparacaq raket hazırlayacaq.
TodayPress xəbər verir ki, bu barədə "NSF" məlumat yayıb.
Bildirilib ki, "Maia2" adlı raket hədəf orbitindən asılı olaraq 500 ilə 4000 kiloqram arasında faydalı yükü orbitə çıxara biləcək.
Onun ilk buraxılışı 2026-cı ildə baş tutacaq. İlk uçuş sınaqları birdəfəlik rejimdə həyata keçiriləcək.
Daşıyıcının orbitə çıxarılması Fransa Qvianasındakı Kuru kosmodromundan planlaşdırılır.
Türkan İsgəndərli
tag: SpaceX, Falcon 9, Raket, Starlink, Rekord, todaypress.az,