“SpaceX”in bazası şəhər statusu aldı
ABŞ-nin Texas ştatında yerləşən “SpaceX” şirkətinin “Starbase” adlı raket bazası rəsmi olaraq şəhər kimi tanınıb.
TodayPress xəbər verir ki, bu barədə “SpaceX”in rəhbəri İlon Mask sosial şəbəkədə məlumat verib:
“İndi bu, rəsmi olaraq şəhərdir” deyə o, “X” platformasında bildirib.
Mayın 3-də Texasın Kameron dairəsi rəhbərliyi “Starbase”in şəhər statusu alması ilə bağlı yerli əhali arasında referendum keçirilməsinə razılıq verib.
Keçirilən səsvermədə iştirak edən 218 nəfərdən 97 faizi təşəbbüsə müsbət münasibət bildirib.
Qiymət Mahir
tag: SpaceX,ABŞ,Texas,Starbase,todaypress.az,