Şri-Lanka kokos ixracından gəliri ikiqat artıracaq

Dünya

20.04.2025 21:45

17

Şri-Lanka bu il kokos məhsullarının ixracından əldə olunan gəliri 1,7 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir. 

TodayPress dövlət mediasına və Şri-Lanka Kokos İnkişafı İdarəsinə (CDA) istinadən xəbər verir ki, ölkə 2023-cü ildə bu sektordan 854 milyon dollar gəlir əldə edib.

CDA-nın rəhbəri Şanta Ranatunganın sözlərinə görə, əsas ixrac məhsullarına kokos yağı, qurudulmuş kokos, kokos südü tozu, kokos kremi, maye kokos südü, kokos torfu və aktivləşdirilmiş karbon daxildir.

Lakin o, qarşıda duran ən böyük çətinliyin istehsalın azalması olduğunu bildirib. Məlumata görə, 2024-cü ilin dekabrı və 2025-ci ilin yanvarı aylarında istehsal əvvəlki illə müqayisədə 30 faizdən çox azalıb.

Buna baxmayaraq, Ranatunga hökumət tərəfindən görülən tədbirlər nəticəsində məhsuldarlığın yaxın aylarda artacağına ümid etdiyini bildirib.

Qiymət Mahir

tag: Şri-Lanka,Kokos,Gəlir,İstehsal,todaypress.az,