Şri-Lankada kokos istehsalı kəskin azaldı
Şri-Lankada kokos istehsalı 2024-cü ilin dekabr ayında 33,1 faiz, 2025-ci ilin yanvarında isə 32,3 faiz azalıb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının kənd təsərrüfatı məlumat bülletenində bildirilib.
Eyni zamanda, balıq istehsalı da dekabr ayında 12 faiz azalıb. Mərkəzi Bank bu azalmanı daxili su hövzələrində balıqçılıq fəaliyyətinin zəifləməsi ilə əlaqələndirib.
Bununla yanaşı, çay istehsalı 2024-cü ilin dekabr ayında 9,6 faiz, 2025-ci ilin yanvarında isə 14,6 faiz artıb. Rezin istehsalı isə 2024-cü ilin dekabrında 32,4 faiz artsa da, 2025-ci ilin yanvarında azalma qeydə alınıb.
Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin dördüncü rübündə ölkədə kənd təsərrüfatında çalışan işçi qüvvəsinin payı 25 faiz təşkil edib.
Qeyd edək ki, Şri-Lanka üçün əsas ixrac məhsulları çay, rezin və kokosdur. Lakin kokos istehsalının böyük hissəsi daxili bazarda istehlak edilir.
Qiymət Mahir
tag: Şri Lanka,Kokos,İstehsal,Azalma,Todaypress.az,