Şri-Lankada siqaretlər məhv edilir
Şri-Lanka gömrüyü martın 4-də qeyri-qanuni idxal edilən 1,2 milyard rupi (təxminən 4 milyon dollar) dəyərində xarici siqaretləri məhv edib.
TodayPress xəbər verir ki, bu barədə yüksək səviyyəli bir məmur məlumat verib.
2018, 2022 və 2024-cü illərdə müsadirə edilən siqaretlər Kolomboda məhv edilib. Gömrük sözçüsü Sivali Arukqodan bildirib ki, səlahiyyətlilər bu 3 il ərzində ümumilikdə 8,7 milyon siqaret ələ keçirib.
Onun sözlərinə görə, agentlik konteynerlərin skan edilməsini təkmilləşdirmək və qaçaqmalçılıq aşkarlanmasını artırmaq üçün süni intellektlə işləyən müasir avadanlıqlara investisiya etməyi planlaşdırır.
Aysel Mətləb
tag: Şri-Lanka,Siqaret,Sivali Arukqodan,todaypress.az,