"Starlink" Azərbaycanda xidmətə başladı - YENİLƏNDİ

Dünya

29.03.2025 10:44

1826

Amerikalı sahibkar İlon Maskın "Starlink" qlobal peyk rabitə sisteminin xidmətləri Azərbaycanda istifadəyə verilib.

TodayPress xəbər verir ki, "Starlink" xidmətindən yararlanmaq üçün Azərbaycanlı istifadəçilər:

- 670 manata "Starlink Standart Kit" əldə etməli

- 50 manat çatdırılma ödənişi etməli -

100 manat aylıq abunəlik haqqı ödəməlidirlər

Qeyd edək ki, "Starlink" bu xidməti böyük bir ehtimalla Azərbaycanda ölkəyə uyğun qiymət strategiyası ilə xüsusiləşdirib.

Məsələn, Amerikada başlanğıc tarif aylıq 120 dollar abunəliklə təklif olunur. 

Bu xidməti əldə etməklə, Azərbaycanın istənilən yerində öz "çanağınızı" enerji mənbəyinə bağlamaqla yüksək sürətli peyk internetindən yararlana bilərsiniz.

"Starlink" hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.


***

10:37

Amerikalı sahibkar İlon Maskın "Starlink" qlobal peyk rabitə sisteminin xidmətləri Azərbaycanda istifadəyə verilib. 

TodayPress xəbər verir ki, bu barədə "Starlink" şirkəti "X"də məlumat yayıb. 

Təfərrüatlar hələ açıqlanmayıb. 

Qeyd edək ki, "Starlink" İlon Maskın "SpaceX" şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir.

Layihə dünyanın istənilən nöqtəsini yüksəksürətli genişzolaqlı internetlə təmin etmək məqsədi daşıyır.

Peyk buraxılışları "SpaceX" raketləri ilə həyata keçirilir. 

Türkan İsgəndərli

tag: Starlink,Azərbaycan,Xidmət,İnternet,Şəbəkə,Todaypress.az,