“Starlink” Ermənistanda istifadəyə verildi

Dünya

28.03.2025 11:15

2016

Ermənistanda “Starlink” peyk interneti rəsmi olaraq fəaliyyətə başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində paylaşım edərək məlumat verib. 

O, paylaşımında “#söz verdiyim kimi” həştəqindən istifadə edib.

Paşinyan Starlink xidmətinin Ermənistanın bütün ərazisində əlçatan olduğunu vurğulayıb.

“Tesla”, “SpaceX” və “OpenAI”nin həmtəsisçisi İlon Mask isə “X” sosial şəbəkəsində paylaşım edib.

Mask Ermənistanın “Starlink” yüksək sürətli internet xidmətinin əlçatan olduğu 130-cu ölkə, ərazi və ya bazar olduğunu bildirib: 

“Starlink artıq Ermənistanda işləyir. Ermənistan Starlink-in əlçatan olduğu 130-cu ölkə, ərazi və ya bazardır”.

Qiymət Mahir

tag: Starlink,Ermənistan,Paşinyan,İlon Mask,Todaypress.az,