Starmer ABŞ tariflərini qlobal iqtisadiyyat üçün problem adlandırdı

Dünya

07.04.2025 23:53

14

"ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar təkcə Böyük Britaniya iqtisadiyyatı üçün deyil, həm də qlobal iqtisadiyyat üçün böyük problem yaradır"

TodayPress-in “Sky News” telekanalına istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Kir Starmer deyib.

Siyasətçi “Jaguar Land Rover” zavodunda işçilərlə görüş zamanı vurğulayıb ki, avtomobil ixracına 25% və digər mallara 10% tariflər gələcək üçün böyük çağırışdır:

“Bunun qlobal təsirləri dərin ola bilər. Dünya dəyişir və bu yaxınlarda adi qəbul edilən ticarət qaydaları artıq əvvəlki kimi deyil”.

tag: Qlobal, Tramp, ABŞ,Böyük Britaniya, İqtisadiyyat, Rüsum, todaypress.az,