Starmer dünya liderləri ilə ABŞ tariflərini müzakirə edəcək
Böyük Britaniyanın Baş naziri Kir Starmer həftəsonu dünya liderləri ilə ABŞ-nin ticarət tariflərinin qlobal iqtisadiyyata təsirini müzakirə etmək üçün danışıqlar aparacaq.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Starmer bildirib ki, sabitliyi qorumaq və beynəlxalq tərəfdaşlığı gücləndirmək üçün digər ölkələrlə işlər görülməlidir.
O, həftəsonu bu məsələ ilə bağlı beynəlxalq liderlərlə əlaqə saxlayacaq.
Qeyd edək ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.
Türkan İsgəndərli
tag: ABŞ,Britaniya,Baş Nazir,Kir Starmer,Avropa,Liderlər,London,Görüş,Todaypress.az,